Hadisə
Şəmkirdə kafedə davada 28 yaşlı oğln qətlə yetirildi

Şəmkirdə kafelərdən birində mübahisə qanla nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə 1999-cu il təvəllüdlü F. Həsənov ürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. O dərhal əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq 27 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. Araşdıma zamanı F. Həsənova bışaq xəsarətini aralarında baş verən mübahisə zamanı 1998-ci il təvəllüdlü S. Tağıyev yetirdiyi məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tağıyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma davam edir.



