“Sabah” Çempionlar Liqasında qalib gəldi

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyun başa çatıb.
AZERFAX.AZ xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Velko Simiç və Kahim Parris vurublar.
“Sabah”ın heyətində 90+2-ci dəqiqədə Stiv Solvet meydandan qovulub.
Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.
21:51
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyunda ikinci qol vurulub. “Bank Respublika Arena”da oynanılan görüşün 84-cü dəqiqəsində Kahim Parris diqqət mərkəzinə düşüb – 2:0.
Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.
21:34
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyunda hesab açılıb. “Bank Respublika Arena”da oynanılan görüşün 66-cı dəqiqəsində Masazır təmsilçisinin heyətində Velko Simiç fərqlənib – 1:0.
Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.
21:08
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyunda ikinci hissə başlayıb.
AZERFAX.AZ xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüşün ilk yarısından sonra hesab açılmayıb – 0:0.
Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.
20:50
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyunda birinci hissə başa çatıb.
AZERFAX.AZ xəbər verir ki, komandalar “Bank Respublika Arena”da oynanılan görüşün fəsiləsinə qolsuz heç-heçə ilə yollanıb – 0:0.
Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.
20:01
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında ilk oyun başlayıb.
AZERFAX.AZ xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüş saat 20:00-da start götürüb. Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



