İdman
Luka Din PSJ-yə keçdi

Fransa millisinin müdafiəçisi Luka Din İngiltərənin “Aston Villa” klubundan Fransa çempionu və Çempionlar Liqasının qalibi PSJ-yə keçib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 33 yaşlı futbolçu ilə müqavilə 2029-cu ilin iyununadək nəzərdə tutulub. O, 12 nömrəli forma ilə çıxış edəcək.
Xatırladaq ki, Luka Din PSJ-də 2013–2015-ci illərdə də çıxış edib.
Ötən mövsüm Luka Din 44 matçda iştirak edib və 7 məhsuldar ötürmə verib.



