Paşinyandan rusiyalı jurnalistlərin istehzalı sualına cavab: Yaxşı ideyadır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin rəhbərliyi ilə Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) alternativ yeni birliyin yaradılması ideyasına müsbət yanaşıb.
AZERFAX.AZ xəbər verir ki, Paşinyan bu barədə Qırğızıstanda rusiyalı jurnalistlərlə söhbəti zamanı bildirib.
Jurnalistlərdən biri Ermənistanın rəhbərliyi altında şərti olaraq “Erməni İttifaqı” adlandırılacaq yeni birliyin yaradılmasının mümkünlüyü barədə sual ünvanlayıb.
Paşinyan isə rusiyalı jurnalistlərin istehzalı sualına “Bu, yaxşı ideyadır. Bu barədə düşünəcəyik”, – deyə cavab verib.
Qeyd edək ki, Paşinyan daha əvvəl də bildirmişdi ki, Ermənistan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Aİ-yə inteqrasiya məsələsinin referendum yolu ilə həll olunması təklifinə hörmətlə yanaşır. Bununla yanaşı, o vurğulayıb ki, Aİİ-dəki bəzi tərəfdaşların addımları İrəvanın Brüsselə yaxınlaşması prosesini sürətləndirib.
Müəllif: Adəm



