Ölkə

“Qalatasaray” “Arsenal”ın ulduzunu istəyir

“Qalatasaray” hücum xəttini gücləndirmək üçün “Arsenal”ın braziliyalı futbolçusu Qabriel Martinellini transfer etmək istəyir.

AZERFAX.AZ xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı hücumçu üçün İngiltərə klubuna 45 milyon avro təklif edib. “Sky Sports DE”nin məlumatına görə, “Arsenal” Martinelli üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, “Qalatasaray” daha əvvəl Rafael Leao ilə bağlı “Milan”la danışıqlar aparsa da, razılıq əldə edə bilməyib. Bundan sonra İstanbul klubu diqqətini Martinelliyə yönəldib. “Arsenal”ın braziliyalı futbolçunun ayrılmasına, əvəzləyici tapacağı təqdirdə, müsbət yanaşdığı bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button