Gəncədə 3 nəfər nədən zəhərlənib? – Video

Gəncə şəhərində üç nəfər qidadan zəhərləniblər. AZERFAX.az xəbər verir ki, Gəncə şəhərində T.Cabbarzadə (2002), G.Əmiraslanova (2001) və K.Kərimova (2004) zəhərlənmə diaqnozu ilə 23.03.2025-ci il tarixində saat 20:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunublar. Xəstəxananın həkimi Fərqanə Mehdizadənin sözlərinə görə pasiyentlərdə kəskin qarın əlamətləri, ürəkbulanma, qusma, baş gicəllənməsi əlamətləri olub. Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Həkim onu da əlavə edib ki, müraciət edən şəxslər martin 23-də günorta saatlarında suşi yeyiblər. İlkin ehtimala görə onlar qidadan zəhərlənmə ehtimalı var. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, suşi düyü, nori yosunu, balıq və dəniz məhsulları kimi müxtəlif içalatdan hazırlanan yapon yeməyidir.
AZERFAX. az Qərb Bürosu