Ölkə

Ərdoğanla Paşinyan sülh prosesini müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib.

AZERFAX.AZ xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub. Danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak ediblər.

Tərəflər Azərbaycan və Ermənistan arasında sülh istiqamətində atılan qarşılıqlı addımları müsbət qiymətləndiriblər.

Ərdoğan, həmçinin Türkiyə ilə Ermənistan arasında ticarət və nəqliyyat əlaqələrinin normallaşdırılması istiqamətində görülən işlərə dəstəyini ifadə edib. O, münasibətlərdə yaranan müsbət dinamikanın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Türkiyə Prezidenti beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanla əməkdaşlığın genişlənməsinin normallaşma prosesinə töhfə verdiyini bildirib.

Görüş zamanı Ərdoğan Nikol Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə də dəvət edib.

Related Articles

Bir cavab yazın

Back to top button