Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu

Türkiyənin Tokat şəhərində son üç gündə ürəkbulanma, qarın ağrısı və ishal şikayətləri ilə təxminən 5 min nəfər xəstəxanalara müraciət edib.
AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Tokat valisi Abdullah Köklü açıqlana verib.
Onun sözlərinə görə, xəstəxanada müalicə alan təxminən 70 nəfərdən 40-ı artıq evə buraxılıb. Hazırda 30 nəfərin müalicəsi davam edir. Müalicəsi davam edən xəstələrin həyatı üçün təhlükə olmadığı bildirilir.
Şikayətlərin səbəbini müəyyənləşdirmək məqsədilə içməli sudan nümunələr götürülərək laborator müayinələr üçün Ankaraya göndərilib.
Vali qeyd edib ki, hadisələrin məhz içməli sudan qaynaqlandığını indiki mərhələdə dəqiq söyləmək mümkün deyil. Onun sözlərinə görə, məsələyə Səhiyyə Nazirliyinin apardığı laborator müayinələrin nəticələri açıqlanandan sonra aydınlıq gələcək.



