Hadisə

DİN-dən SOS xəbərdarlıq – Təhlükə var!

Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41 min 48 manat oğurlanıb.

AZERFAX.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 12 və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11 min 100, 10 min 283, 4 900, 2 537, 2 520, 2 183, 1 500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, – DİN vətəndaşlara bir daha müraciət edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button