Region

Gədəbəydə qayın gəlinin üzünə xəsarət yetirdi

Gədəbəydə qayın qardaşı arvadına xəsarət yetirib.

AZERFAX.az xəbər verir ki, hadisə zamanı 1967-ci il təvəllüdlü Əminə Tağıyeva üz nahiyəsindən kəsici alətlə bir neçə xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağır olduğundan Bakıya göndərilib.

İlkin ehtimala görə, hadisəni qadının qaynı törədib.Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 70 yaşlı Fəadil İsmayılov saxlanılıb. Müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və müvafiq araşdırmadan sonra məsələyə hüquqi qiymət veriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button