Ölkə

Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri ilə görüşdü


Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankarada Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.


Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud strateji müttəfiqlik münasibətləri müzakirə olunub. Həmçinin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, H.Hacıyev Türkiyədə səfərdədir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button