AZERFAX TV

Ceyhun Bayramov ATƏT-in baş katibi ilə sülh prosesini müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsində paylaşım edilib.

Görüş zamanı ATƏT-in gündəliyində olan məsələlər, Azərbaycan ilə təşkilat arasındakı əməkdaşlığın cari vəziyyəti, Avropanın mövcud təhlükəsizlik arxitekturası və Cənubi Qafqazda regional sülh prosesinin dinamikası ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh prosesində əldə edilmiş irəliləyişlər barədə qarşı tərəfə məlumat verib. Nazir bildirib ki, ATƏT-in Minsk Prosesinin və onunla əlaqəli strukturların rəsmi şəkildə fəaliyyətinə xitam verilməsi münaqişədən sonrakı gündəliyin yekunlaşdırılması və institusional çərçivələrin regionda yaranmış yeni reallıqlara uyğunlaşdırılması baxımından əhəmiyyətli addımdır.

Görüşdə, həmçinin beynəlxalq təhlükəsizlik sahəsində baş verən əsas proseslər barədə fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button