AZERFAX TV
Premyer Liqa tarixinin ən yaxşı ehtiyat oyunçuları

BBC jurnalistləri İngiltərə Premyer Liqası tarixinin ən yaxşı ehtiyat oyunçularının reytinqini tərtib ediblər.
AZERFAX.AZ xəbər verir ki, siyahıya “Tottenhem”in keçmiş hücumçusu Cermeyn Defo başçılıq edir.
“Arsenal”dakı çıxışı ilə tanınan nigeriyalı Nvankvo Kanu ikinci, “Mançester Yunayted”in keçmiş hücumçusu Ole Qunnar Solskyer isə ilk üçlüncüdür.
“Mançester Siti”də oynamış bosniyalı hücumçu Edin Dzeko dördüncü, “Mançester Yunayted” və “Vest Hem”də çıxış etmiş meksikalı hücumçu Xavyer Hernades isə beşinci yerdə qərarlaşıb.
Reytinq tərtib edilərkən, əvəzetmədən meydana çıxdıqdan sonra vurulan qollar, eləcə də bu qolların və məhsuldar ötürmələrin ümumi saydakı faizi nəzərə alınıb.



