Ölkə
Ötən gün itkin düşmüş 8 nəfər tapıldı


Ötən gün itkin düşmüş 8 nəfər tapılıb.
AZERFAX.AZ xıbır verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.



