AZERFAX TV

Ukraynada Rusiya hücumları nəticəsində 6 nəfər öldü

Ukraynanın Xarkov və İvano-Frankivsk vilayətlərinə Rusiya tərəfindən endirilən raket və dron zərbələri nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb.

AZERFAX.AZ xəbər verir ki, Xarkov şəhərinin ətrafına raket zərbəsi zamanı ərzaq mağazasında yanğın baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralılar arasında 3 uşaq var.

İvano-Frankivskə dron hücumu nəticəsində isə əvvəlcə 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib. Daha sonra yaralı şəxs xəstəxanada vəfat edib. Şəhərdə mülki infrastruktura ziyan dəyib.

Related Articles

Bir cavab yazın

Back to top button