Ölkə
Azərbaycanlı bloqer Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Araşdırmalarla Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı alarkən özü haqqında yalan məlumatlar təqdim etməsi müəyyən edilib. Bu səbəbdən o, Rusiya vətəndaşlığından məhrum edilib”, – məlumatda bildirilib.
Qeyd edək ki, Sübhan Məmmədovun hazırda BƏƏ-də olduğu deyilir. Blogerin İnstaqram hesabının 13,5 milyon abunəçisi var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.