Ölkə

Bu sosial şəbəkədə yazışma ödənişli olacaq


Telegram ödənişli mesajlaşma funksiyasını sınaqdan keçirməyə başlayıb.

AZERFAX.AZ xəbər verir ki, bununla bağlı “Telegram İnfo” kanalı açıqlama yayıb.


Məlumata görə, mesajlaşma proqramının istifadəçiləri “Ödənişli mesajlar” funksiyasını sınaqdan keçirməyə başlayıblar. Bu funksiya ilə istifadəçilər mesaj göndərmək üçün tələb olunan ulduzların sayını tənzimləyə biləcəklər.

Ödənişli mesajlaşma proqramı həm fərdi söhbətlərdə, həm də qruplarda mövcud olacaq. Ödənişli mesaj parametrləri söhbət növündən asılı olaraq dəyişə bilər.

Hazırda bu funksiya yalnız Telegram test serverində bəzi istifadəçilər üçün əlçatandır. Digər təfərrüatlar hələ açıqlanmayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button