Ölkə

Tonqa sahillərində güclü zəlzələ baş verdi


Tonqa Krallığının əsas adası olan Tonqatapu adasının cənub sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Xidməti məlumat yayıb.


Qeyd olunub ki, yeraltı təkanların episentri ölkənin paytaxtı, təxminən 22,4 min insanın yaşadığı Nukualofa şəhərindən 200 km cənubda, ocağı isə 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button