Ölkə

“Baku Electronics” müştərinin şikayətini 2 ay sonra həll etdi


“Baku Electronics”in müştərisi yeni aldığı mobil telefonun nasaz çıxması ilə bağlı redaksiyamıza müraciət edib.

AZERFAX.AZ-a daxil olan şikayətdə bildirilib ki, vətəndaş dekabrın 7-də Gəncə filialından “Honor 90 Lite” markalı telefon alıb. Lakin 10 gün sonra cihazın kamerasında nasazlıq yaranıb. Müştəri mağazaya müraciət etdikdən sonra telefon servisə göndərilib. Dekabrın 17-dən bu yana nə telefon yenisilə əvəz olunub, nə də ödəniş geri qaytarılıb.


Servisdən isə müştəriyə telefonun bir aya təmir ediləcəyi bildirilib. Lakin vətəndaş bu müddətlə razılaşmayaraq cihazın yenisi ilə dəyişdirilməsini və ya ödənişin geri qaytarılmasını tələb edib. Dəfələrlə müraciət etməsinə baxmayaraq, mağazadan heç bir nəticə əldə edə bilməyib.

Qeyd edək ki, alınan məhsulun 14 gün ərzində qaytarılma hüququ və 1 illik zəmanəti mövcud olub.

Məsələ ilə bağlı “Baku Electronics” MMC-nin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Şirkətdən rəsmi açıqlama verilməsə də, müştərinin şikayəti araşdırılıb. Daha sonra vətəndaş mağazaya çağırılaraq telefon üçün ödədiyi məbləğ ona geri qaytarılıb.

Sevinc İbrahimzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button