Ölkə

Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ilə bağlı açıqlama

Cəbrayıl rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) 8 oktyabr tarixində saat 15:10 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib

Bildirilib ki, ona sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin olunub.

Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

Related Articles

Bir cavab yazın

Back to top button