Göyçayda Anım Günü qeyd olundu


Bu gün – 27 sentyabr 2026-cı il tarixində səhər saatlarından başlayaraq ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş torpaqlarımızda Vətən müharibəsinin başlanmasının altıncı ildönümü qeyd olunub.
AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay şəhər Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. Keçirilən tədbirdə iştirak edən Milli Məclisin deputatları, rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, aparatın məsul əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım günü ilə əlaqədar olaraq saat 12:00-da bir dəqiqəlik sükut elan olunub. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunaraq məzarları üzərinə gül dəstələri düzülüb. Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs olunub.



