Ölkə

Keçmiş vəkil Namizəd Səfərovun məhkəməsi keçirildi

Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

AZERFAX.AZ unikal.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs məhkəməyə vəsatətlər verib.

O, ilk vəsatətində özünün və zərərçəkən kimi tanınan Günel Əfəndiyevanın telefonlarının müəyyən vaxt intervalında telefon çıxarışlarının və anten məlumatlarının çıxarılmasını xahiş edib.

Digər vəsatəti saxlanılan zaman yanında olanların şahid kimi dindirilməsi və ətrafdakı kameraların görüntülərinin iş materiallarına əlavə edilməsi ilə bağlı olub.

Hər iki vəsatət baxılmamış saxlanılıb.

Daha sonra dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib.

İttihama görə, Günel Əfəndiyeva Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində sosial işçi vəzifəsindən azad edildikdən sonra Namizəd Səfərovla tanış olub. N.Səfərov Vəkillər Kollegiyasından azad olunmasına baxmayaraq G.Əfəndiyevaya hüquqi yardım göstərə biləcəyini deyib. O, zərərçəkən kimi tanınan şəxsə vədd verib ki, yüksək vəzifəli tanışlarının vasitəsi ilə Günel Əfəndiyevanı mərhələli şəkildə direktor vəzifəsinə təyin edəcək və buna görə sonuncudan 53 min manat pul alıb. Lakin vədinə əməl etməyib.

Namizəd Səfərov elan olunmuş ittihamda özünü təqsirli bilməyib.

O, səhhətinin, yaşının və istintaq təcridxanasından məhkəməyə gedib-gəlməyin çətinliyinin nəzərə alınaraq barəsindəki qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənilməsini xahiş edib. Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası iyulun 30-na təyin edilib.

Qeyd edək ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button