Ölkə

Maskın vətəndaşlıqdan çıxarılması tələb edildi


240 mindən çox kanadalı ABŞ Prezidenti Donald Trampın müşaviri İlon Maskın ölkə vətəndaşlığından məhrum edilməsi üçün petisiya imzalayıb.

AZERFAX.AZ xəbər verir ki, kanadalılar İlon Maskın ölkənin milli maraqlarına zidd fəaliyyətdə olduğunu irəli sürür. Kanada parlamentinin saytında yer alan məlumata görə, indiyədək petisiyanı 240554 kanadalı imzalayıb. Mask, X sosial media platformasındakı açıqlamasında onun vətəndaşlığını ləğv etmək üçün başladılan petisiyaya cavab olaraq Kanadanın real ölkə olmadığını irəli sürüb.


Qeyd edək ki, petisiyada Maskın sərvətindən və gücündən Kanada seçkilərinə təsir etmək üçün istifadə etdiyi və Kanadanın suverenliyini ləğv etməyə çalışan xarici hökumətin üzvü olduğu iddia edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button