Ölkə

Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderlərinin müharibənin başa çatmasında maraqlı olduğunu bildirib.

AZERFAX.AZ xəbər verir ki, Tramp bu barədə BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü öncəsi danışıb.

Onun sözlərinə görə, həm Vladimir Putin, həm də Volodimir Zelenski müharibənin sona çatmasını istəyir.

“Düşünürəm ki, onların hər ikisi müharibənin bitməsini istəyir. Artıq vaxtıdır. Çox sayda insan həyatını itirir və onlar bunu istəmirlər”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti Zelenski ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb. O, tərəflərin münaqişənin həlli üçün mümkün yolları müzakirə etdiyini qeyd edib.

Tramp müharibənin başa çatacağına inandığını da açıqlayıb:

“Düşünürəm ki, bu baş verəcək. Mən buna həqiqətən inanıram. Lakin müzakirə etməli olduğumuz çox məsələ var”.

Related Articles

Bir cavab yazın

Back to top button