Ölkə

Sərhəddə balıqçılar arasında qarşıdurma – Ölü və yaralılar var


Efiopiya və Keniya sərhədindəki Omo çayı yaxınlığında yerləşən Lopeymukat və Natira bölgələrində efiopiya ilə keniyalı balıqçılar arasında qarşıdurma baş verib.

AZERFAX.AZ xəbər verir ki, qarşıdurmada 13 nəfər ölüb, 3 nəfər yaralanıb, 22 nəfər itkin düşüb. Yerli dairələrin məlumatında qarşıdurmalarda 15 balıqçı qayığının oğurlandığı bildirilib. Efiopiyanın “Dasenech” etnik qrupuna aid 6 balıqçının xilas edilərək geri göndərildiyi açıqlanıb.


Keniyanın Daxili İşlər Nazirliyi bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini və Efiopiya ilə əlaqə yaradaraq iki tərəf arasında sülhün bərqərar olması üçün səy göstərdiklərini bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button