Ölkə
Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə

Oğuzun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə AZERFAX.AZ-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Yaqublu QPS qolu qaz kəməri”nin 15-ci km-də yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar 07.05.2025-ci il tarixdə saat 10:00-dan etibarən “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Bununla əlaqədar Oğuz şəhər mərkəzi daxil olmaqla rayonun 23 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.