Ölkə
Tramp iranlı rəsimlərlə görüşə bilər


ABŞ Prezidenti Donald Trampın İranlı rəsmilərlə görüşmək istədiyi iddia olunub.
AZERFAX.AZ xəbər verir ki, CNN-in mövzuya yaxın amerikalı rəsmi şəxsə istinadən yaydığı xəbərə görə, Tramp BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşlər zamanı şərtlər uyğun olarsa İranlı rəsmilərlə görüşmək istədiyini müşavirlərinə bildirib.
Məlumata görə, belə bir görüş Trampın baş müşavirləri ilə İran rəsmiləri arasında da keçirilə bilər. Bildirilir ki, hazırda bununla bağlı planlaşdırılmış konkret görüş yoxdur. ABŞ rəsmisi İran tərəfinin belə bir görüşə açıq olub-olmadığı barədə isə məlumat verməyib.



