Ölkə

Türkiyə klubu baş məşqçini qovdu

Türkiyə Super Liqasında çıxış edən “Samsunspor” klubu baş məşqçisi Torsten Finklə yollarını ayırıb. Qərara komandanın ardıcıl məğlubiyyətləri və uğursuz nəticələri səbəb olub.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin rəhbərliyi altında çıxış edən Samsun təmsilçisi cari mövsümdə keçirdiyi 7 oyunda cəmi 4 xal toplayıb.

Komandanın son uğursuzluğu doğma meydanda “Trabzonspor”a 0:3 hesabı ilə məğlub olması ilə yadda qalıb. Bu nəticə “Samsunspor”un çempionatda ardıcıl beşinci məğlubiyyəti olub.

Beləliklə, mövsümün ilk yeddi turunda cəmi bir qələbə və bir heç-heçə əldə edən komanda rəhbərliyi baş məşqçi dəyişikliyinə qərar verib.

Qeyd edək ki, 58 yaşlı Torsten Fink 2026-cı ilin fevralında “Samsunspor”un baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda UEFA Konfrans Liqasının 1/8 final mərhələsinə qədər irəliləyib. Lakin cari mövsümdə Türkiyə çempionatında qeydə alınan uğursuz nəticələr almaniyalı mütəxəssislə əməkdaşlığın başa çatması ilə nəticələnib.

Klubun yeni baş məşqçisinin kim olacağı ilə bağlı isə hələlik rəsmi məlumat açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button