İqtisadiyyat

Azərbaycanda nağdsız ödənişlər artıb

Bu ilin may ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 14 % artaraq 8 milyard 680 milyon manat təşkil edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb

Bunun 7,62 milyard manatı (87,8 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 milyard 058 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,7 %-ni təşkil edib.

Bu il iyunun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 827 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 3,9 %, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 13,2% artaraq 20,763 milyon, kredit kartlarının sayı isə 2,5 % azalaraq 2,064 milyon olub. Mayda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,21 milyard manat (illik müqayisədə 4,7 % çox) və 631 milyon manat (_22,2 %) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 5,1 %, POS-terminalların sayı isə 19,3% artaraq müvafiq olaraq 3 590 ədəd (Bakı üzrə 1 931 ədəd) və 160 897 ədəd (Bakı üzrə 100 696 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur – “Visa İnternational”, “MasterCard İnternational”, “American Express”, “Diners Club İnternational” və “JCB Card”dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button