Hadisə
Gəncədə qadın tanışı tərəfindən bıçaqlanıb.

Gəncədə 40 yaşlı qadın bıçaqlanıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə Ş.İ.X. prospektində mağazalardan birinin qarşısında baş verib.
1985-ci il təvəllüdlü K. Quliyeva bədənin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə Gəncədə xəstəxanalardan birinə yerləşdirilib. Zərərçəkən qadın dərhal əməliyyata götürlüb. Ona lkin tibbi yardım göstərilib.
İlkin ehtimallara görə, onu tanıdığı şəxs bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu