Hadisə
Göygöldə qəzada iki nəfər xəstəxanalıq oldu.

Göygöldə iki nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Hərəkətdə olan “Opel” və “Toyota” markalı minik avtomobilləri toqquşması nəticəsində 1979-cu il təvəllüdlü H.Məlikov və 1994-cü il təvəllüdlü C.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Qəza baş verən yerə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu