Hadisə
Yevlaxda sərnişin avtobusu aşdı.

Yağışlı hava Yevlax rayonunda qəza şəraitinə səbəb olub. AZERFAX.az xəbər verir ki, idarəetmədən çıxan sərnişin avtobusu aşıb. Hadisə gecə saatlarında, Yevlax rayonunun Xanabad kəndi istiqamətindən keçən Bakı-Balakən magistralında baş verib. Avtobusdan sərnişinlərin sərbəst çıxışında məhdudiyyət yaranıb.
Hadisə yerinə Mingəçevir, Yevlax və Şəkidən 5 təcili tibbi yardım briqadası cəlb edilib. Sərnişinlər avtobusdan çıxarılaraq, tibbi müayinəyə cəlb olunublar.
Sürücünün ilkin etirafına görə, bu yolda ilk dəfə hərəkət edib. Həmin vaxt magistralda təmir işləri aparıldığından, sürücü yolu səhv salıb və avtobus güclü yağış altında idarəetmədən çıxaraq aşıb.
Hadisə yerinə FHN əməkdaşları gəlib.
Faktla bağlı araşdırma başlanıb. (teleqraf)
AZERFAX.az