Münxendəki fiaskonun Berlindəki davamı – Yüngül həmlə və böyük rüsvayçılıq

Siyasi kommunikasiya təkcə ideoloji mövqelərin toqquşması deyil, həm də arqumentlərin, faktların və polemika mədəniyyətinin sınaq meydanıdır. Debatlarda üstünlük emosional ritorika ilə deyil, məntiqi ardıcıllıq, faktoloji hazırlıq və auditoriyanı inandırmaq bacarığı ilə müəyyənləşir. Məsələn, bu ilin fevral ayında Münxendə birinci–vitse prezident Mehriban xanım Əliyeva cəmi bircə tarixi faktı Emin Hüseynova xatıratmaqla onu mat vəziyyətinə saldı… İki gün əbvəl isə eyni aqibəti Prezidentin köməkçisi Hikmət Hacıyevin həmləsi ilə Tural Sadıqlı yaşadı.

Mühacir adı altında vətənə xəyanət edənlərin əsl məqsədinin nədən ibarət olduğu hər kəsə məlumdur. Hamı bilir ki, bu adamların yeganə məqsədi Azərbaycanı hədəfə almaqla Avropada öz şəxsi güzəranlarını yaxşılaşdırmaqdır. Onlar hakimiyyət təmsilçilərinin qarşısına çıxanda faktarla danışa, fikirlərini arqumentəşdirə bimirər. Birinciər isə yüngül həmlə ilə onarı rüsvayçı duruma salırlar. Necə ki, bunu Meriban xanım Əliyeva elədi. Necə ki, Hikmət Hacıyev elədi. Yüngül həmlələr belə o qədər effektli alınır ki, Emin Hüseynov, Tural Sadıqlı və dəstənin digər üzvləri nokaut vəziyyətinə düşürlər . Bunu hakimiyyətə qarşı tənqidi mövqedə olanlar da görür və etiraflar etmək məcburiyyətində qalırlar Məsələn, feminist kimi tanınan və hakimiyyətə qarşı tənqidi mövqedə olan Nərmin Şahmarzadə Tural Sadıqlının düşdüyü vəziyyətə belə münasibət bildirib:
“Müxalifət iddialıları(mühacirləri nəzərdə tutur) heç ağıllarına belə gətirə bilmirdilər ki, hakimiyyət nümayəndəsi onlara cavab verə bilər.) Bu səbəbdən də heç biri hazırlıqlı deyil və mənzərə biabırçılıqdır.
Bir tərəfdən diktator şüarları, bir tərəfdən diktator adlandırdığınız adamın nümayəndəsi yaxınlaşıb deyir ki, “təhqirlərə davam?”. Arxasında da xəyanət iddiası…
Adam sənə orada saydırır, arxa-qabaq, hər yer kameradır, deyirsən, “çəkə bilərəm?”)))
Məzələnirsən, ala sən?)) Adam qabağında səni “başa salır”, sən hələ o 3-5 “online” dəstəkçinə mövzu verirsən?) Mövzu elə sənsən də.(( Üstəlik, sənin üzərindən hamının qabağına qoydu – nə özünü, nə digərlərini müdafiə etdin…”
Yaxud, başqa bir misal. Avropada Azərbaycan hakimiyyətinə qarşı sırt tənqidi fikirlər səsləndirən Elvin adlı bloqer Tural Sadıqlıya xitabən deyir:
“Sənin əgər deməyə sözün yoxdursa Hikmət Hacıyevin qarşısına niyə çıxıb özünü biabır edirsən?..
Qışqırırdılar orada ki, “İlham Əliyev diktator” . İnandırım sizi ki, onların hamısının məqsədi oturum almaqdır. Ya da İlqar hacıyev kimi adamlardan 300-500 avro dilənçi payı almaq istəyirlər. O insanlar vətən üşün, xalq üçün mübarzi aparan insdanlar deyil. Onlar şəxsi mənafeləri üçün xalqın adından istifadə edən insanlardır…”
Əlbəttə bütün bunlar Azərbaycanda hamıya məlumdur. Lakin gerçəyin müxalif mövqeyi olan şəxslərin dilindən söylənilməsi, xaricdəki “demokratiya dağarcıqlarının hansı bərbad durumda olduqlarının çılpaqlığı ilə ortaya çıxması məhz hakimiyyət nümayəndələrinin yüngül həmləsinin nəticəsidir. Bircə söz, bircə sual, bir xatıratma kifayət edir ki, mühacir adı ilə maskalananların mahiyyəti ortaya çıxsın…
Bəziləri üçün Vətən sadəcə alver predmetidir. Bayrağın, dövlətin, xalqın şərəfi isə şəxsi rifah uğrunda xərclənə biləcək “kapital”. Belələri yaxşı bilirlər ki, öz ölkəsini nə qədər qara rəngdə təqdim etsələr, bir o qədər “diqqət” qazanacaqlar. Ona görə də hər uğuru görməzdən gəlir, hər problemi isə şişirdərək Azərbaycanın əleyhinə istifadə edirlər. Onlar üçün həqiqətin heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, yazdıqları, danışdıqları xaricdə kimlərinsə maraqlarına uyğun gəlsin.Bunun üçün hər yola əl atırlar. Ən çətin işin altına qol qoymağa belə çəkinmirlər. Ən çətin iş isə nədir? Bəli, ən çətin iş Vətəni, Dövləti satmaqdır…
Nicat Dağlar



