Region

Gəncə Tibb Kollecində mülki müdafiə qüvvələri ilə xəbərdarlıq  və toplanış üzrə məşq keçirilib

Gəncə Tibb Kollecində 2025-ci il tədris ili üçün Mülki müdafiə tədbirlər planına müvafiq olaraq, «Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti» mövzusunda Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə məşqin keçirilməsinə müəssisənin MM rəhbərliyi, FHK-sı, MM qərargahı, ММ qüvvələrinin şəxsi heyəti cəlb olunub. 

Məşqin keçirilməsində əsas məqsəd “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası qanunun tələblərinin yerinə yetirilməsi, Mülki müdafiə qüvvələrinin sənədlərinin rəhbər sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlığının yoxlanılması olub. Bundan başqa məşq zamanı mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxeminə müvafiq olaraq, fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, mülki müdafiə qüvvələrinin rəhbər heyətinin xəbərdarlıq toplanışı üzrə fəaliyyətinin yoxlanılması da həyata keçirilib.

Mülki müdafiə məşqi zamanı kollecdə fövqəladə hallar komissiyanın sədri tərəfindən verilən həyacan siqnalı ilə saat 01.00-da xəbərdarlıq sxeminə uyğun olaraq, obyekt Mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti, rabitə və xəbərdarlıq manqası tərəfindən xəbərdar olunur. Mülki müdafiə qüvvələrinin şəxsi heyəti xəbərdarlıq siqnalı üzrə təyin olunmuş yerə, kollecdə qabaqcadan müəyyən olunmuş ərazisində hesabata uyğun olaraq toplanmasına nəzarət olunmuş və bu barədə komandir-rəis heyətin məruzəsi dinlənilib.

Kollecin mülki müdafiə qərargah rəisi Sevda Abbasova məşqin məqsədini və direktorun müvafiq əmrini məşq iştirakçılarına çatdırıb.

Məşqin keçirilmə planına uyğun olaraq, məşqin gedişi zamanı obyekt Mülki müdafiə qüvvələri ilə sıra baxışı keçirilərək şəxsi heyətin siyahısı, ştat üzrə təhkim olunan avadanlığın varlığı, işlək vəziyyətdə olması yoxlanıldı, istifadə qaydaları nümayiş etdirildi.

MM rəhbəri Mehman Rzayev məşqin keçirilmə səviyyəsini qiymətləndirib, çatışmamazlıqları qeyd edərək, lazımi tövsiyələrini verib.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button