Region
Gəncədə 31 yaşlı kişi bıçaqlandı.

Gəncədə 31 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində baş verib. Kəlbəcər rayon sakini, 1994-cü il təvəllüdlü V. Məmmədov bədəninin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyata götürülüb, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən və kim tərəfindən baş verdiyi hələlik məlum deyil deyil. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu