Region
Şəmkirdə körpənin ölüm səbəbi məlum olub.

Şəmkir rayonunun Mirmahmudlu kəndində dərmandan zəhərlənərək həyatını itirən 2 yaşlı körpə barədə rəsmi açıqlama verilib. Şəmkir rayon Mərkəzi xəstəxanasının Təcili Yardım bölməsinin növbətçi həkim pediatrı Aynur Rəhmanovanın AZERFAX.az-ın yerli bürosuna verdiyi məlumata görə 28.04.2025-ci il tarixdə saat 21:20 radələrində Şəmkir rayon Mərkəzi xəstəxanasına 2023-cü il təvəllüdlü kişi cinsli, azyaşlı ağır vəziyyətdə hospitalizasiya olunub:
“Valideynlərinin dediyinə görə körpə həşəratlar üçün istifadə olunan dərman preparatı qəbul edib. Zəruri tibbi xidmətlərin göstərilməsinə baxmayaraq 28.04. 20025-ci il tarixdə saat 21:45 ölüm faktı qeydə alınmışdır” deyə Aş Rəhmanova əlavə edib.
AZERFAX.az Qərb Bürosu