Region

Goranboyda əmioğluları dalaşdı, qan töküldü.

Goranboyda yaxın qohumlar arasında baş verən mübahisə qanla nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sarovlu kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli bud nahiyəsindən gəsici-deşici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin versiyay görə B. Mürsəlliyə bıçaq xəsarətini onun doğma əmisi oğlu, Sarovlu kənd sakini — 2002-ci il təvəllüdlü K.Mürsəlli yetirib. Belə ki, aralarında yaranan mübahisə zamanı K.Mürsəlli əmisi oğlunu bud nahiyəsindən bıçaqla vurub.  Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı K.Mürsəlli saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button