İdman

Alonsonun “Çelsi”si belə oynayacaq

“Çelsi”nin baş məşqçisi Xabi Alonso komandasının necə oynayacağı barədə danışıb.

AZERFAX.az xəbər verir ki, Alonso mətbuat konfransında bildirib:

“Yanaşmamızda müxtəliflik istəyirik. Müxtəlif düzülüşlərə uyğunlaşa bilən oyunçularımız var. Prinsiplər eyni qalır, amma hərəkətlər dəyişə bilər – rəqiblərimiz üçün gözlənilməz və çevik olmalıyıq. Bir ideyaya sadiq qalmaq niyyətində deyilik. Nə qədər çox seçimimiz olsa, komandamız bir o qədər yaxşı olacaq”.

Şənbə günü Londonlular yoldaşlıq oyununda Milanı məğlub etdilər (3:0).

Mütəxəssis ötən mövsümün sonunda vəzifəsinin icrasına başlayıb. Onun müqaviləsi 2030-cu ilə qədərdir. (publika. az)

Related Articles

Bir cavab yazın

Back to top button