İdman
Neymar azarkeşlə mübahisə etdi – VİDEO

“Santos”un hücumçusu Neymar insidentlə gündəmə gəlib.
AZERFAX.AZ xəbər verir ki, o, Braziliya təmsilçisinin doğma meydanda Paraqvayın “Rekoleta” komandası ilə Kopa Sudamerikana çərçivəsində keçirilən qarşılaşmada qalib gələ bilmədiyi (1:1) oyundan sonra azarkeşlərdən biri ilə sözlü mübahisəyə girib.
Görüş başa çatdıqdan sonra 34 yaşlı futbolçu fanatın iradlarına tuş gəlib. “Daha çox məşq etməlisən, sən kök alçaqsan!” – deyə azarkeş braziliyalı ulduza bildirib.
Qeyd edək ki, “Santos”un yeganə qolunu 4-cü dəqiqədə Neymar vurub.
2026-cı il mövsümündə “Santos”un kapitanı bütün turnirlərdə keçirdiyi 8 oyunda dörd qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.



