İdman

“Bayern” ulduz futbolçu ilə danışıqlara başladı: 60 milyonluq plan

“Bayern” “Nyukasl”ın hücumçusu Entoni Qordonu transfer etmək niyyətindədir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Bildirilir ki, 25 yaşlı ingilis futbolçu Münhen klubunun prioritet hədəfidir. Transferin dəyəri təxminən 60 milyon avro ola bilər.

Almaniya təmsilçisi ilə futbolçunun nümayəndələri arasında artıq konkret danışıqlar da baş tutub. Qordon “Bayern”də start heyətində yer uğrunda Luis Diasla rəqabət aparmaq üçün əsas seçim kimi görülür.

Futbolçu ilə həmçinin “Barselona” və “Arsenal” da maraqlanır. Bununla belə, “sağsağanlar” İngiltərə millisinin üzvünü komandada saxlamaqda qətiyyətlidirlər.

Qeyd edək ki, Qordon 2023-cü ilin yanvarından “Nyukasl”da çıxış edir. Onun müqaviləsi 2030-cu ilin yayınadək nəzərdə tutulub. 2025/26 mövsümündə hücumçu 46 matçda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” futbolçunun transfer dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

Related Articles

Bir cavab yazın

Back to top button