Dünya
Avropa öz ordusunu yaradır – NATO-da parçalanma

ABŞ prezidenti Donald Trampın NATO-dan çıxmaqla bağlı təhdidləri Avropa ölkələrini ehtiyat plan hazırlamağa sövq edir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri yazıb.
Nəşr mənbələrə istinadən qeyd edib ki, ehtiyat planda “Avropa NATO-su” adlandırılan müdafiə strukturunun yaradılması nəzərdə tutulur.
“Məqsəd NATO ilə rəqabət aparmaq yox, Vaşinqtonun qoşunlarını geri çəkmək, yaxud müttəfiqlərinin müdafiəsindən yayınmaq qərarına qarşı sığortalanmaqdır. Avropalılar tədricən NATO daxilində komandanlıq funksiyalarını öz üzərinə götürmək və ABŞ-ın mümkün geri çəkilməsini kompensasiya etmək üçün hərbi resurslarını gücləndirmək niyyətindədirlər”, – nəşr yazır.



