ABŞ İranın hərbi obyektlərinə zərbələr endirdi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Amerika qüvvələrinin Hörmüz boğazında İranın 10 hərbi hədəfinə zərbələr endirdiyini bəyan edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, tədbirlər 2 milyon bareldən çox neft daşıyan Panama bayraqlı “Kiku” tankerinin İran tərəfindən hücuma məruz qalmasına cavab olaraq görülüb.
İyunun 26-da ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazında atəşkəs rejimini pozmaqda ittiham edib. Onun sözlərinə görə, Tehran Hörmüz boğazında gəmilərə qarşı azı dörd kamikadze pilotsuz uçuş aparatı buraxıb. Onlardan biri iri, bahalı yük gəmisinin yuxarı göyərtəsinə birbaşa zərbə endirsə də, gəmi yoluna davam edə bilib.
Ağ Evin rəhbərinin sözlərinə görə, buna cavab olaraq Amerika aviasiyası İranın raket və dron anbarlarına zərbələr endirib.



