Dünya
SEPAH ABŞ-nin hərbi obyektlərinə hücum etdi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Amerikanın son zərbələrinə cavab olaraq ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini bəyan edib.
AZERFAX.AZ xəbər verir ki, SEPAH-ın bu barədə bəyanatını IRIB yayıb.
SEPAH-ın yaydığı bəyanatda qeyd olunub ki, bazar günü gecə saatlarında korpusun hərbi dəniz və hərbi hava qüvvələri ballistik raketlər və dronlardan istifadə edərək ABŞ hərbi infrastrukturunun səkkiz obyektinə – Küveytdəki “Əli əs-Salim” bazasındakı və Bəhreynin Salman limanındakı 5-ci Donanmasının bazasına hücum edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



