AZERFAX TV
Gənc futbolçu avtomobil qəzasında öldü

Mayın 9-da Lvov təmsilçisi “Dinamo”nun 14 yaşadək futbolçulardan ibarət komandasının kapitanı Yuri Oşovski yol qəzasında həlak olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Futbolçunun anası Maryana Oşovskaya da qəzada ölüb. O, klubun fəaliyyətində fəal iştirak edirdi.
Avtomobil qəzası Lvov dolama yolunda baş verib. “DUFA Dinamo” həlak olanların ailələrinə, dostlarına və qohumlarına başsağlığı verib.



