Ölkə
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə danışdı


Müğənni Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxılıb.
AZERFAX.AZ xəbər verir ki, sənətçi səhhəti ilə bağlı sosial şəbəkə hesabında məlumat verib.
O, dəstək olan və sağalması üçün ona dua edən hər kəsə təşəkkür edib.
“Gözəl millətimin sonsuz duaları nəticəsində ayağa qalxdım. Qarşınızda baş əyirəm. Şir həmişə şirdir. Sadəcə olaraq, bu, sizin yaratdığınız şirdir”, – deyə T. Şahmalıoğlu bildirib.
Qeyd edək ki, müğənni öd kisəsində yaranan problem səbəbindən təcili əməliyyat olunmuşdu.



