AZERFAX TV
Almaniyanın mərkəzində görün nələr tapıldı

Almaniyanın şimalındakı Meklenburq-Ön Pomeraniya əyalətinin Leyzen şəhərində DHL-in logistika mərkəzində civə izləri olan üç bağlama aşkarlanıb.
Pulika.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə ilə əlaqədar polis tərəfindən genişmiqyaslı əməliyyat keçirilib və mərkəzin ətrafındakı ərazi mühasirəyə alınıb.
Polisi nəşrə bildirib ki, mərkəzin bir əməkdaşı özünü pis hiss edib.



