Ölkə

Göyçayda qəza: körpə və qadın xəsarət aldı

Göyçayda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saat 22:00 radələrində Mirzə Ələkbər Sabir küçəsinin kəsişməsində qeydə alınıb.

Sorğumuza cavab olaraq DİN-dən bildirilib ki, hərəkətdə olan “Vaz-2107” markalı avtomobil qarşı tərəfdən gələn digər “Vaz-2107” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində 42 yaşlı Abbasova Gülnarə və avtomobildə olan 1 yaşlı körpə xəsarət alıb. Qəza yerinə təcili tibbi yardım avtomobili göndərilib.

Yaralılar təcili olaraq Göyçay rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button