Ölkədə saatlıq əməkhaqqına keçilir – Nələr dəyişəcək?

AZERFAX.az xəbər verir ki, İqtisadçı Eldəniz Əmirov AZERFAX.AZ-a açıqlamasında bildirib ki, saatlıq əməkhaqqının tətbiqi həm müsbət, həm də mənfi tərəflərə malikdir.
Onun sözlərinə görə, bu keçidin həyata keçirilməsi mürəkkəb prosesdir:
“Hüquqi əsaslar yaradılmalı, iqtisadi tədqiqatlar və statistik təhlillər aparılmalıdır. Əmək Məcəlləsində böyük dəyişikliklər edilməli və qanunvericiliyin digər normativ aktlarında da müvafiq düzəlişlər yer almalıdır. Mövcud infrastrukturda fərqliliklər təmin olunmalı, texniki dəstək verilməli, daha sonra isə monitorinq və nəzarət mexanizmləri formalaşdırılmalıdır. Həm işəgötürənlər, həm də işçilər üçün maarifləndirmə prosesi vacibdir. Bütün bu addımlar uzun və çətin prosesdir”.
E.Əmirov qeyd edib ki, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməlidir, çünki bu dəyişikliklər onlar üçün ciddi maliyyə və inzibati yük yaradacaq:
“Prosedurların avtomatlaşdırılması zəruridir. Artıq kənarlaşmalar baş verəcək. Eyni zamanda işçilərin sayında müəyyən qədər azalmalar ola bilər ki, bu da məhsuldarlığa təsir edəcək. Əlavə olaraq, bu proses şəffaflıq və qeyri-formallığa zəmin yaradacaq. Məhz bu baxımdan məhsuldarlığı aşağı salmamaq üçün KOB-ların müəyyən qədər dəstəyə ehtiyacı olacaq”.
İqtisadçı dünya təcrübəsində bu üsuldan istifadə edildiyini istisna etməyib:
“ABŞ, Kanada, Yeni Zelandiyada və Böyük Britaniyada saatlıq minimum əmək haqqı prinsipləri tətbiq olunur. Almaniya, Fransa, İspaniya, Türkiyə və digər bir çox ölkələrdə isə aylıq minimum əmək haqqı sistemi fəaliyyət göstərir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.