Ermənistan üçün Rusiya riski: Deputat mümkün nəticələrdən danışdı

Ermənistan parlamentinin müxalifətçi “Ermənistan” blokundan olan deputatı Sevak Xaçatryan İrəvanı Rusiya ilə münasibətlərin pisləşməsinin mümkün nəticələri barədə xəbərdar edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Erməni deputat bildirib ki, Avropa ölkələrinin Ermənistana marağı əsasən Rusiya ilə qarşıdurma kontekstindədir.
“Biz Avropa üçün yalnız Rusiyaya zərər vura bildiyimiz və ya ondan tamamilə qopa bildiyimiz təqdirdə maraq kəsb edirik. Əks halda, bizimlə heç bir maraqları yoxdur. Onlar Ukraynanı təminat altına almaq istəyirlər”, – deyə Xaçatryan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanla Rusiya arasında münasibətlərin daha da pisləşməsi ölkəyə tədarük olunan Rusiya qazının qiymətinin artmasına səbəb ola bilər.
Xaçatryan Ermənistan Mərkəzi Bankının rəhbərinin də belə bir vəziyyətdə iqtisadiyyat üçün ağır nəticələr barədə xəbərdarlıq etdiyini qeyd edib.
Müəllif: Roza



