AZERFAX TV

Günəşdə güclü partlayış – Yerdə hası hadisələr baş verə bilər?

Sentyabrın 5-i axşam saatlarında Günəşdə gücünə görə sondan əvvəlki M dərəcəli partlayış qeydə alınıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Sentyabrın 5-də Moskva vaxtı ilə saat 18:18-də rentgen diapazonunda 4520 (S12W68) ləkələr qrupunda 30 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilir.

Günəş partlayışları Günəş atmosferində enerjinin ayrılması ilə müşayiət olunan, rentgen şüalanmasının gücünə görə beş dərəcəyə bölünən (A, B, C, M və X) və Yer kürəsinə müxtəlif cür təsir göstərən güclü partlayış prosesləridir. Hər növbəti hərf gücün 10 dəfə artması deməkdir. M dərəcəli alışmalar Yerin gündüz tərəfində qısamüddətli radio maneələrinə və zəif qütb parıltılarına səbəb ola bilər.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button